Şamaxıda qeyri-adi dava - TƏRƏFLƏRİ AYIRAN KİŞİNİN QULAĞINI KƏSDİLƏR

  • By admin
  • 21 Sentyabr 2019 19:59

Şamaxıda kütləvi dava olub.

Gununsesi.org xəbər verir ki, hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb.

HTML tutorial

Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb.

C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org