
ABŞ Dövlət Departamentinin 20-23-cü il üzrə dünyada insan haqlarının durumuna dair hesabatı yayılıb.
Gununsesi.info-nun xəbərinə görə, hesabatın Azərbaycanla bağlı bölümündə diqqətçəkən məqam yer alıb.
Hesabatda vurğulanır ki, hakimlərin və prokurorların göstərişlərlə işlədiklərinə dair inandırıcı məlumatlar mövcuddur.
Bu da qeyd olunur ki, konstitusiyaya görə prokurorlar və vəkillərin statusları bərabər olsa da, hakimlər vəsatətlərə münasibətdə daha çox prokurorların mövqelərinə üstünlük verirlər. Hesabatda habelə saxta şahidlərdən geniş istifadə edildiyi qeyd olunur.
Günay
Gununsesi.info