Azərbaycanda məhkəmə sədrliyi institutu ləğv edilməlidir - VƏKİL AQİL LAYİC

  • By admin
  • 17 Aprel 2023 08:47

“Hesab edirəm ki, ölkədə məhkəmə sədrliyi institutu ləğv edilməlidir və ya məhkəmə sədri hakim olaraq ədalətli şəkildə proseslərə çıxmalıdır”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Aqil Layic deyib.

Onun sözlərinə görə, sədrlik postu  inzibati və təşkilati məsələyə aiddi: “Ancaq sədr ilk növbədə  hakimdir, hakimlik maaşı alır. Həmin sədr-hakim proseslərə çıxmırsa və ya ildə bir neçə prosesə çıxırsa,  ona hakimlik maaşı ödənilməlidir? Bu, digər hakimlərə nisbətdə ayrı-seçkilikdir”.

 

Elmar Elnuroğlu

Gununsesi.info