Azərbaycanda məmur İraq Kürdüstanındakı referendumu DƏSTƏKLƏDİ

  • By admin
  • 26 Sentyabr 2017 12:06
59ca0796274a1_19894804-807274606111682-5943599782476457708-n
Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir.
Gununsesi.info xəbər verir kİ, bu barədə apa-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Bərzaninin Məsud fotolarını paylaşıb.

Gununsesi.info