Azərbaycanda massonlara aid əşyalar satışa çıxarıldı - FOTOLAR

Azərbaycanda massonlara aid bir neçə əşya satışa çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdəki elan səhifələrində məlumatlar paylaşılıb.

HTML tutorial

Bildirilib ki, massonlara aid bürünc medal, əşyalar və sənədlərlə birgə dəri diplomat hərrac yolu ilə satışa qoyulub. Hər iki əşyanın hərracda ilkin və minimal artım qiyməti 5 manat təyin edilib.

Bürünc medal 1949-cu ilə aiddir. Diplomatda 1948-1998-ci illərə məxsus sənədlər var.

Bürünc medal 110 manat təkliflə satılıb. Diplomata isə 500 manat təklif edilib.

Gununsesi.info