
Bu gün Media Klubunun təşkilatçılığı ilə “Media qanunverciliyi: Senzura qayıdırmı” mövzusunda dəyirmi masa keçirlib. Gununsesi.info-nun xəbərinə görə, ölkənin tanınmış media təmsilçilərinin və ekspertlərin iştirakı ilə təşkil olunan dəyirmi masada Azərbaycanda ifadə azadlığının mövcud durumu dəyərləndirlib.
Tədbiri giriş sözü ilə açan klubun rəhbəri Əvəz Zeynallı ölkə mediasının son zamanlar durumuna diqqəti çəkərək, bu tədbirin əhəmiyyətini vurğulayıb.
Geniş məruzə nitqi ilə çıxış edən ekspert Ələsgər Məmmədli “KİV haqqaında” qanunun dəyişdirilməsindən danışıb. Onun sözlərinə görə. qanunvercilik son illər bir neçə dəfə dəyişdirilib və bu dəyişiklik hər dəfə məhdudlaşdırıcı qadağalara söykənib: “Reallıq budur ki, artıq sərbəst şəkildə media ilə məşğul olmaq mümkünsüzdür. 2007-ci ildən 13 dəfə “KİV haqqında” qanunda dəyişiklik edilib”.
Onun sözlərinə görə, beynəlxalq qurumların hesabatlarında Azərbaycan mənfi yerləri bölüşür.
“Turan” agentliyinin direktoru Mehman Əliyev isə bildirib ki, əvvəllər iqtisadi xarakterli məhdudiyyətlər indi başqa müstəvidədir. Bununla belə o, son illər internet mediasının gücləndiyini deyib? “Ona görə də müəyyən məhdudiuuətlər tapılar.”
“Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə bildirib ki, tənqidlərlə yanaşı təkliflər də ortaya qoyulmalıdır. O, KİVDF-nin fəaliyyətinə diqqət çəkərək, bu qurumin milyonları haraya xərclədiyinin araşdırılmasının vacib olduğunu deyib.: “Bundan sonra təklif verə bilərik ki, bu pullar nəyə sərf olunsa daha məqbuldir”.
Gununsesi.info