Azərbaycanda müəllim

  • By admin
  • 20 İyul 2017 12:52
5970694ec5d0d_1500538266_1
Ağdaşda ağır yol qəzası baş verib.
Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 270-ci kilometrliyində – Ağdaş rayonu ərazisində, Əmirarx kənində Sabirabad rayon sakini Ramid Eyyubov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə 38 yaşlı sürücü hadisə yerində ölüb.
Qeyd edək ki, R.Eyyubov Sabirabad rayon Əsdəli kənd orta məktəbində idman müəllimi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info