Azərbaycanda müəllimlərin 93 faizini qadınlar təşkil edir

  • By admin
  • 14 İyun 2016 15:15

mekteb_muellime 

 

HTML tutorial

Bu gün Azərbaycanda müəllimlərin 93 faizini qadınlar təşkil edir. Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar keçirilən sessiyası zamanı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkil Zahid Oruc deyib. Deputatın sözlərinə grə, bu gün Azərbaycan da on min dörd nəfər alimi var ki, onların da orta yaş həddi 57 yaşdır. “Qanuna edilən dəyişiklik elmdə cavanlaşmaya gətirib çıxaracaq. Ona görə ki, bu gün Azərbaycanda 30 yaşında alim tapmaq çətindir. Bu da adambaşına düşən alimə görə çox azdır. Hesab edirəm ki, qanuna edilən dəyişiklik eyni zamanda Azərbaycan elmində kişi xarakterinin dönüşünə öz töhfəsini verəcək. Çünki bu gün Azərbaycanda müəllimlərin 93 faizini qadınalr təşkil edir. Bu da nəticədə məktəblərdə kişi xarakterinin ortadana getməsinə səbəb olub. Axı məktəblər həm də hərbi xidmət üçün kişilər yetişdirir. Məktəbdə kişi siması olmadığında bu da yeniyetmələrə öz mənfi təsirini göstərir.”

Millət vəkili əlavə edib ki, bu elm sahəsində də özünü göstərir: “Çünki ali məktəblərdə təhsil alan magistir və doktorantların əksəriyyətini xanımlar təşkil edir. Misal üçün Bakı Dövlət Universitetində oxuyan magistrlərin 83 faizi xanımlar, 17 faizini isə oğlanlar təşkil edir. İndiyədək möhlət hüququn olmaması ön cəbəhdəki itkilər verdiyimiz kimi elm sahəsində də itkilərə səbəb olub.”

O deyib ki, bu gün dünyada gender bərabərliyini bərpa etmək mümkün deyil və dünyada elm sahəsində kişilər 60-65 faiz təşkil edir. “Bu bir daha sübut edir ki, kişilərin elm sahəsində müstəsna rolu var. Tanrı onları belə yaradıb. Hesab edirəm ki, bu dəyişiklik elmdə hərəkatın bərqərar olmasına təkan verəcək”.

 

 

 

Mürtəza Bunyadlı