
Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlər attestasiyadan keçirilə bilər.
Gununsesi.org xəbər verir ki, bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir.
Qanunun 13-cü maddəsinə belə bir dəyişiklik təklif edilir ki, bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlər attestasiyası keçirilsin.
Eyni zamanda, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.