Azərbaycanda müavinət alan çoxuşaqlı qadınların sayı AÇIQLANDI

  • By admin
  • 20 May 2021 12:40

Azərbaycanda aprelin 1-nə olan vəziyyətə beşdən çox uşağı olan və müavinət alan qadınların sayı açıqlanıb.

Gununsesi.info rəsmi göstəricilərə istinadən xəbər verir ki, hesabat dövründə 1448 nəfər bir yaşınadək uşağı olan 1441 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,4 min qadına 9,1 min uşaq üçün sosial müavinət verilib. Həmçinin, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 354 şəxs kompensasiya ilə təmin edilib.

2021-ci ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 16,2 min ailəyə 16,5 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,3 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1,2 min nəfərə birdəfəlik müavinətlər verilib.