Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti

  • By admin
  • 25 Avqust 2021 12:28

Avqustun 25-i saat 10:00-a olan məlumata əsasən bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçib.

Gununsesi.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda şimşək və göy gurultusu qeydə alınıb.

Yağış: Oğuzun Əyriçay Başdaşağıl məntəqəsində iki saat ərzində 35 mm (aylıq normanın 61 %-i) olub ki, nəticədə məntəqədən gecə saatlarında sel keçib, Kişçayda (Şəki) 14 mm, Xınalıqda 13 mm, Qrızda 8 mm, Sarıbaş (Qax), Gəncədə 7 mm, Qusarda 6 mm, Quba, Şəkidə 5 mm, Şinçay Şin, Daşkəsəndə 4 mm, Mingəçevir, Nabran, Gədəbəydə 3 mm, Qəbələ, Xaçmaz, Şəmkirdə 2 mm, Şabran, İsmayıllı, Göygöl, Balakən, Xaltan, Bərdə, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Şirvan, Naxçıvan, Tovuz, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1 mm-dək olub.

Gununsesi.info