Azərbaycanda nəqliyyat vasitələri yenidən əmlak vergisinə cəlb olunacaq

  • By admin
  • 14 Aprel 2017 10:13
hesablama-palatasi
Belə bir təkliflə hökumət qarşısında  Hesablama Palatası çıxış edib.
Hesabalama Palatasından Gununsesi.info-ya verilən  xəbərə görə,artıq bununla bağlı hökumətə müvafiq təklif göndərilib.
Hesablama Palatasının hökumətə göndərdiyi təklifdə əsasən mühərrik həcmi iri olan avtomobillərdən əmlak vergisinin tuutlması  nəzərdə tutulub.
Mühərrik həcmi böyük olan avtomobillərdən daha çox verginin alınması nəzərdə tutulur, kiçik həcmli nəqliyyat vasitələrinə isə ya güzəşt tətbiq edilə, ya da ümumiyyətlə, vergidən azad edilə bilər.
Əgər təklif qəbul edilərsə avtomobilə görə əmlak vergisi maşının sahibi tərəfindən il ərzində bir dəfə ödəniləcək.
Hüquqi şəxslər isə belə vergini hər rübdə ödəyə biləcəklər.
Mürtəza
Gununsesi.info