Azərbaycanda Narkotiklərlə Mübarizə İdarəsi ləğv edildi – Nazirdən sərəncam

  • By admin
  • 03 Mart 2020 12:14
Azərbaycanın Daxili İşlər Nazirliyində dəyişiklik olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.
Həmin qurumların əməkdaşları də DİN-in digər şöbələrində işlə təmin ediliblər.