Azərbaycanda nazirdən yeni vəzifəyə TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, Sənan Məmmədzadə yeni yaradılan 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri vəzifəsinə təyinat alıb. 

O, bundan əvvəl Suraxanı Rayon Məşğulluq Mərkəzinin direktoru olub.

S.Məmmədzadə məlumatı saytımıza təsdiq edib.

Gununsesi.org