Azərbaycanda neçə jurnalist koronavirusa yoluxub? — Mətbuat Şurasından AÇIQLADI

  • By arzu
  • 16 May 2020 14:05

Ötən gün yayılan xəbərə görə, jurnalist Xaliq Rəşidoğlu COVID-19 virusuna yoluxub. X.Rəşidoğlu Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında nəzarətdədir.

Gununsesi.org xəbər verir ki, Azərbaycanda jurnalistlərin koronavirusa yoluxma halları ilə bağlı saytımıza danışan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli qeyd edib ki, qurum bu barədə monitorinq aparır:

“Qeyd olunan haldan əlavə, Azərbaycanda jurnalistlərin koronavirusa yoluxma halı qeydə alınmayıb. Halbuki, xaricdə yaşayan, fəaliyyət göstərən jurnalistlərdən koronavirusa yoluxanlar çox olub. Bir neçə gün əvvəl yaydığım statistikaya da nəzər salsaq, dünyada COVID-19-a yoluxub həyatını itirən jurnalistlərin sayı 67-dir. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın olub. Yalnız tanınmış jurnalist ölümləri açıqlandığından ölənlərin sayının daha çox olması istisna deyil.

Beynəlxalq təşkilatların hesabatlarına görə (PEC, İFJ və b), jurnalistlərin yoluxma və ölüm halları təqribən 25 ölkə ərazisini əhatə edir”.

Gununsesi.org