Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz açıqlandı

  • By admin
  • 13 Aprel 2022 21:10

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,7 milyon barrel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Gununsesi.info  bu barədə BEA-dan məlumat verilib.

Agentliyin hesabatına əsasən, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barrel/sutka təşkil edib.

Bu ilin ikinci və üçüncü rüblərində 0,69 milyon barrel/sutka, dördüncü rübdə 0,71 milyon barrel/sutka hasilat proqnozlaşdırılır.

Hesabatda qeyd olunub ki, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barrel/sutka, ikinci rübündə 0,69 milyon barrel/sutka, üçüncü və dördüncü rübündə 0,71 milyon barrel/sutka təşkil edib.

Gununsesi.info