Azərbaycanda növbəti ailə faciəsi - ƏR ARVADINI 8 YAŞLI UŞAĞININ GÖZÜ QARŞISINDA BOĞUB ÖLDÜRDÜ

  • By admin
  • 14 Sentyabr 2017 16:42

bogmaq

Daşkəsəndə qətl hadisəsi baş verib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Könül Hafiz qızı Əzizovanı 8 yaşlı uşağının gözləri qarşısında öldürüb.

Ailənin bir övladı var.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Məlumata görə, hadisədən əvvəl K.Əzizova 2-ci sinifdə oxuyan 8 yaşlı uşağını götürərək rayonun Bayan kəndində yaşayan anasıgilə gəlib. Daha sonra onun həyat yoldaşı da ora gəlib və ər-arvad arasında mübahisə yaranıb. Münaqişə zəmnində R.Həsənov arvadını qayınanası və uşağının gözləri qarşısında boğaraq öldürüb.

Kənd sakinlərinin verdiyi məlumata görə, həmin gün kənddə K.Əzizovanın qohumunun toyu olub: “Ramil arvadının həmin toy mərasimində iştirak etməsinə qarşı çıxaraq onun qohumunun toyuna getməsinə icazə verməyib. Ər-arvad arasında mübahisənin də bu səbəbdən yaranıb. Onların ailəsi kənddə sakit və mədəni ailə kimi tanınırdı. Ramilin atası rayonda tanınmış maşın ustasıdır. Ramil sakit oğlan idi. Könülün haqqında indiyə kimi heç bir söz-söhbət olmamışdı. Biz də eşitmişik ki, hadisə qısqanclıq zəminində baş verib.
Hadisədən sonra R.Həsənov könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, R.Həsənov Daşkəsən-Bakı istiqamətinə, şəxsi avtomobili ilə sərnişin daşıma ilə məşqul olurmuş. Baş vermiş hadisə ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info