Azərbaycanda növbəti güclü zəlzələ gözlənilir? – RƏSMİ CAVAB

  • By admin
  • 07 Dekabr 2023 09:14

Bundan sonra 3 bala kimi afterşoklar olsa da, qorxulu bir şey gözlənilmir.

Gununsesi.info xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

“Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın”, – deyə o əlavə edib.

Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Gununsesi.info