Azərbaycanda növbəti valyuta hərracı keçirilib

  • By admin
  • 27 Sentyabr 2016 12:13

devalvasiya

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hərracda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. dollar və Mərkəzi Bank tərəfindən 50 mln. dollar olmaqla ümumilikdə 150 mln. dollar məbləğində vəsait satışa çıxarılıb.

Qeyd edək ki, hərracda 20 bank iştirak edib və məcmu tələb 70,2 mln. dollar təşkil edib.

Anar
Gununsesi.info