Azərbaycanda orqan və toxumalar bankı yaradılır

  • By admin
  • 25 Aprel 2017 13:58
milli-meclis-6
Azərbaycanda orqan transplantasiyası ilə bağlı bankın yaradılması istiqamətində iş gedir.
Gununsesi.info xəbər  verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında “Dərman vasitələri haqqında”  qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. 
Onun sözləörinə görə,  Azərbaycana bir çox orqan və toxumaların gətirilməsinə qoyulan qadağaların əsası var. “Bu gün Azərbaycanda  orqan və toxumaların plantasiyası ilə bağlı xüsusi bankın olmamasında xaricdən lazım olan orqan və toxumalar alınır. Ancaq gələcəkdə bu sahədə  bank yaradıldıqdan sonra orqan və toxumaların gətirilməsinə ehtiyac qalmayacaq.  Bu gün azərbaycanda  bank yoxdur. Hazırda Azərbaycanda  orqan və toxumaların bankı yaradılması istiqamətində iş gedir. Bu bank yaradıldıqdan sonra xaricdən belə orqanlarının gətirlməsinə ehtiyac qalmayacaq”- deyə, o, bildirib.
Eyni zamanda milət vəkili  Qənirə Paşayeva ürək və oynaq toxumalarının gətirilməsinə icazə verilməsni təklif edib.
Mürtəza
Gununsesi.info