Azərbaycanda orta aylıq əmək haqqı 27,8% artıb

  • By admin
  • 12 Mart 2020 11:30

Bu ilin yanvar ayında Azərbaycanda orta əmək haqqı 712 manat 10 qəpik (418.8 dollar) təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 27.8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Maaş artımı özəl sektorda gəlir vergisinin praktik olaraq ləğvi (ayda 8000 manatdan çox gəlir vergiyə cəlb olunur) və real əmək haqqı ödənişlərinin leqallaşdırılması, ötən ilin birinci rübündən dövlət sektorunda əməkhaqqının artması və s ilə bağlıdır.

Gununsesi.org