Azərbaycanda orta ömür həddi 75,2 ildir

  • By admin
  • 10 Aprel 2018 11:30

Azərbaycanda orta ömür həddi 75,2 ildir.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov bildirib.

Direktor forum zamanı Azərbaycanda səhiyyə sahəsində həyata keçiriləcək islahatlardan danışıb. Onun sözlərinə görə, talassemiya Mərkəzində 3100 xəstə müalicə alır: “2017-ci ildə Talassemiya Mərkəzində müalicə alan 12 nəfər üzərində ilik transplantasiyası əməliyyatı aparılıb”.

İSİM rəhbəri bildirib ki, Azərbaycanda tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır: “2017-ci ildə tədarük olunan qanın miqdarı 37 tondan çox olub”.

Azərbaycanda 225 min şəkərli diabet xəstəsinin dövlət tərəfindən dərman preparatları ilə təmin olunduğunu vurğulayan C. Məmmədov qeyd edib ki, ölkədə hemofiliyadan ölüm göstəriciləri azalıb.

Ceyhun Məmmədov  vurğulayıb ki, həkimlərin sertifikasiya prinsipləri dəyişdiriləcək.

Azərbaycanda 2011-ci ildən həkimlərin sertifikasiya imtahanlarından keçirildiyini xatırladan direktor qeyd edib ki, həkimlərin sertifikasiya prinsipləri ilə bağlı yeni qaydalar hazırlanır.

Gununsesi.info