Son 10 il ərzində Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb.
Gununsesi.info trend-ə istinadən məlumat verir ki, 2006-cı ildə Azərbaycanda 929, 2007-ci ildə 972 uşaq övladlığa götürüldüyü halda, 2014-cü ildə belə uşaqların sayı 918-ə, 2015-ci ildə 805-ə, 2016-cı ildə isə 773-yə enib.
Övladlığa götürülən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir.
2012-ci ildə övladlığa götürülən uşaqların 482-si qız, 507-si oğlan, 2013-cü ildə 432-si qız, 529-u oğlan, 2014-cü ildə 408-i qız, 510-u oğlan, 2015-ci ildə 375-i qız, 430-u oğlan, 2016-cı ildə isə 371-i qız, 402-si oğlan olub.
Ümumilikdə övladlığa götürülən uşaqlar arasında 1-5 yaşlılar üstünlük təşkil edir.
Ötən il övladlığa verilən uşaqların 344 nəfəri 1-5 yaşlı uşaqlar olub. Həmin uşaqların 161-i qızdır.
Ümumilikdə ötən il Azərbaycanda övladlığa götürülən uşaqların 167 nəfəri 1 yaşadək (onların 90-ı qızdır), 152 nəfəri 6-10 yaşlı (onların 70-i qızdır), 110 nəfəri isə 11-17 yaşlı (onların 50-si qızdır) uşaqlardır.
Ötən il 63 uşağın övladlığa götürülməsi ilə bağlı qərar ləğv edilib. Onların 22-si qız olub. Bu uşaqların çoxu – 42-si (13 nəfəri qız) 11-17 yaşlı olub.
Gununsesi.info