Azərbaycanda peşəkar oğru dəstəsi yaxalandı

  • By admin
  • 31 İyul 2017 11:30

gv94
Oğurluqda şübhəli bilinən Kəpəz rayonunun Hacıkənd qəsəbə sakinləri tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də şəhər ərazisindəki evlərdən birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların mart-iyul ayları ərzində şəhər ərazisindəki 5 evdən məişət əşyaları və inşaat materialları, həmçinin 2015-2016-cı illər ərzində şəhər ərazisindəki 1 mağazadan və 1 evdən məişət əşyaları, inşaat materialları, tütün məmulatı və spirtli içki oğurlamaları da müəyyən edilib.

Anar
Gununsesi.info