Azərbaycanda peyvənd olunanların sayı 1.5 milyona çatır

  • By admin
  • 30 Aprel 2021 19:17

Bu gün Azərbaycanda koronavirus əleyhinə 16 min 639 vaksin vurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 6 min 328, ikinci mərhələ üzrə 10 min 311 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 488 min 218, birinci mərhələ üzrə vaksin olunanların sayı  966 min 132, ikinci mərhələ üzrə isə 522 min 86 təşkil edir.

Gununsesi.info