Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 47 475 nəfər vaksinasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

HTML tutorial

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 503 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 418 243, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 484, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 759 nəfər təşkil edir.

Gununsesi.info