Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

  • By admin
  • 08 May 2021 17:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 856 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5568, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29288 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1661772, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1001968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 659804 təşkil edir.

Gununsesi.info