Azərbaycanda poçtdan bağlamalar oğurlandı - MƏKTUB VƏ SƏNƏDLƏR MƏHV EDİLDİ

  • By admin
  • 21 Dekabr 2017 13:40
Daşkəsən rayon poçt idarəsində oğurluq olub. Belə ki, səhər saatlarında işə gələn əməkdaşlar poçtun qapısının sındırıldığınə görüblər.
“Azərpoçt” MMC-nin Daşkəsən Poçt Filalı baş verən oğurluq hadisəsinə münasibət bildirib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, Filialdan bildirlib ki, Daşkəsən Poçt Flialında təhlükəsizlik kamerası və mühafizə olmayıb:
“İçəri daxil olanlar pulların olduğu seyfi aça bilmədiklərindən əsasən göndərilməsi planlaşdırılan bağlamaları (pasılka) açaraq içərisindəki ləvazımatları oğurlayıblar. Məktub qutularında və masalarda olan məktubları həmçinin digər sənədləri də yırtıb ərazidən uzaqlaşıblar”.
Qeyd edək ki, baş verən oğurluq hadisəsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib.

Gununsesi.info