Azərbaycanda qədim “Quran” kitabı tapıldı- XVII ƏSRƏ MƏXSUS

Azərbaycanda qədim “Quran” kitabı tapıldı

Samux sakini evindən qızıl haşiyələrlə işlənmiş qədim quran tapıb. Yaşı 150 ildən artıq olan tikilidən tapılan müqəddəs kitabın azı 4 əsr əvvələ aid olduğu güman edilir.

Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, Samux rayonunun Ziyadlı kəndində yaşayan Rauf Bayramov həyətlərindəki qədim tikilidən qədim Qurani Kərim tapıb. Kəndin mollası olan Rauf Bayramov deyir ki, onun babasının babası da kəndin axundu olub və bu kitab onun əmanətidir.

Bir müddət əvvəl tapılan kitab qızıl suyu ilə haşiyələnib. Sahibi bu faktı zərgərlərə də yoxladaraq əmin olub. Ev sahibi həm də bildirir ki, kitabın yaşı daha qədim ola bilər.

Rauf Bayramov deyir ki, qədim tikilidən başqa kitablar da tapılıb. Ancaq onların bir qismi müəyyən qədər aşınıb. Qurani Kəriminsə sadəcə cildi sıradan çıxıb. İndi o,bu kitabın tarixinin araşdırılmasını istəyir.

Gununsesi.info

COMMENTS