Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad olunub.

Gununsesi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

HTML tutorial

Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmasıdır. Belə ki, dəyişikliyə əsasən, media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

Qərar bu ilin yanvar ayının 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil edilmir.

 

Gununsesi.info