Azərbaycanda qanunsuz ov edən ərəblərdən biri nazir imiş - FOTO

Bir qrup ərəbin Azərbaycanda qanunsuz ov etməsi, nadir sayılan quşları məhv etməsi cəmiyyətdə böyük narazılığa səbəb olub.

Bu fakta görə sosial şəbəkələrdə hökuməti günahlandıran vətəndaşlar ərəblərə göz yumulmasını tənqid edir.
Bu tənqidlərdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama yayaraq, guya, həmin ərəblərin cərimələndiyini iddia edib.
Gununsesi.info isə özəl mənbələrə istinadən qanunsuz ov edənlərin bəzilərinin kimliyini öyrənib.
Məlum olub ki, həmin ərəblərdən biri Birləşmiş Ərəb Əmirliyində nazir vəzifəsində çalışır.

HTML tutorial

Fotodakı iki şəxs Şeyx Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid və qardaşı Saifdir. Qardaşları Abdulla Əbu Dabi əmirliyinin nazirlərindən biridir. Fotonu bəyənən və rəy yazan şəxs də Şeyx Arahmah əl-Qasimidir. Ras əl-Xayma əmirliyinin şahzadələrindən biridir.

Günay
Gununsesi.info