Azərbaycanda qatarla yük maşını toqquşdu - ÖLƏN YOXDUR / VİDEO

Şirvan şəhərindən Sabirabadın Minbaşı kəndinə gedən yolda qatarla yük maşını toqquşub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Minbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

50-B-117-10 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Qəzanın səbəbi araşdırılır.

//baku.tv/az/hadise/9962/