Azərbaycanda qız anasını bıçaqladı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 

Kənd sakini Gülşən Cəfərova anası – 54 yaşlı Şölə Cəfərovaya bir bıçaq xəsarəti yetirib. Yaralı qadın rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org