
Azərbaycanda martın 28-də qızıl, gümüş, palladiumun və platinin qiymətləri ucuzlaşıb.
Gununsesi.info məlumatına görə, qızılın qiyməti bundan əvvəlki iş günü – martın 27-i ilə müqayisədə təxminən 17,68 manat azalaraq 1 troy unsiyası üçün 2283,882 manat təşkil edib.
Gümüş 0,34 manat ucuzlaşaraq 1 unsiya üçün 28,1112 manat olub.
Trend-ə görə, platinin qiyməti isə 24,43 manat ucuzlaşaraq 1605,5395 manat təşkil edib, palladiumun qiyməti 6,9 ucuzlaşaraq 1656,3185 manat olub.
Gununsesi.info