Azərbaycanda rəqəmsal manat yaradılacaq

  • By admin
  • 08 Dekabr 2021 12:14

İnfrastrukturu dəyişsək belə, insanın rəqəmsal transformasiyaya uyğunlaşmasa çox çətin olacaq.

Gununsesi.info  xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda deyib.

“Pulla bağlı 3 inqilabi dəyişiklik olub. Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, – icraçı direktor qeyd edib.

Gununsesi.info