Anar Məmmədovun radiosu bağlandı

  • By admin
  • 01 Sentyabr 2016 10:40

avto

“Avto FM”  radiosu yayımını dayandırılıb.

Gununsesi.info xəbər verir ki, 107.7 dalğasında yayımlanan Avto FM radiosu fəaliyyətini dayandırıb.

Radio artıq yayımda deyil. İlkin məlumata görə, sentyabrın 1-i saat 00.00-dan yayımın dayandırılması barədə qərarı təsisçi verib və əməkdaşlarla müqaviləyə xitam verilib.

“Avto FM”  2013-cü il tarixdə fəaliyyətə başlayıb və 107.7. MHz tezliyində yayımlanıb.

Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Radionun təsisçisi olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə yayımın dayandırılması ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.

Gununsesi.info