Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı 332 nəfərdir.

Gununsesi.org xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilir ki, süni tənəffüz cihazında olan xəstələrin sayı 66 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasından daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 927 nəfərdir.

Ötən müddət ərzində 641 732 test aparılıb. Bugünkü test sayı isə 7 034-dür.

Gununsesi.org