Rerendumun Avropa standartlarına uyğun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur.
Gununsesi.info xəbər verir ki, bu fikri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Reişar Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə deyib.
Sentyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Reişarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Milli Məclis sədri onları Azərbaycanda keçirilən referendumu izləmək üçün ölkəmizə səfər etdiklərinə görə minnətdarlığını bildirib. O.Əsədov deyib ki, bu, Fransa nümayəndə heyətinin ölkəmizdə gedən demokratik proseslərə dəstəyinin göstəricisidir.
Daha sonra Sədr referendum haqqında qonaqlara ətraflı məlumat verərək bildirib ki, bu siyasi tədbir ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlıdır: “Bu dəyişikliklər cəmiyyət həyatında baş verən dinamik proseslərə uyğun olaraq həyata keçirilir. Başqa sözlə, ictimai-siyasi həyatdakı dəyişikliklərin siyasi müstəvidə də öz əksini tapması artıq günün tələbinə çevrilmişdir. Dəyişikliklərə əsasən, çevik idarəetmə mexanizmi yaratmaq üçün vitse-prezidentlik institutunun təsis edilməsi nəzərdə tutulmuşdur. Biz belə hesab edirik ki, ölkənin Əsas sənədinə edilən dəyişikliklər Azərbaycan xalqının mənafelərinə xidmət edəcək, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması üçün möhkəm zəmin yaradacaqdır”.
Spiker bildirib ki, bu mühüm siyasi tədbirlə əlaqədar ölkə ərazisində yaradılmış seçki məntəqələrində prosesin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmış, informasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunub. Belə ki, seçkiləri hər bir vətəndaşın onlayn müşahidə etmək imkanı vardır, mindən artıq məntəqədə veb-kameralar quraşdırılıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa nümayəndə heyətinin başçısı Andre Reişar Senatda dostluq qrupunun rəhbəri kimi Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında həmişə maraqlı olduğunu söylədi. Bildirildi ki, onların müşahidələri referendumun Avropa standartlarına uyğun azad və demokratik keçəcəyinə heç bir şübhə yeri qoymur. “Biz Azərbaycanın uğurları ilə yanaşı, problemlərini də yaxşı bilirik. Bu baxımdan, qaçqınlar məsələsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük diqqət yetiririk. Budəfəki gəlişimizdə də qaçqınların ümumxalq səsverməsi prosesində iştirakı ilə yaxından maraqlanmışıq.
İnanırıq ki, Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklər ölkədə demokratiyanın daha da dərinləşməsinə, xalqın rifahına xidmət edəcəkdir”- fransalı parlamentari bildirib.
Görüşdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Fransa Parlamentinin senatoru Natali Qule və digər rəsmi şəxslər iştirak edirdilər.

Mürtəza
Gununsesi.info