Azərbaycanda şagird məktəbin bufetində qidadan zəhərləndi - FOTO

  • By admin
  • 26 Aprel 2018 10:30
Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info