Azərbaycanda şagirdi məktəbdə zorlayıb videoya çəkdilər

Samux rayonu, Qiyaslı kənd orta məktəbində oğlan şagirdə qarşı seksual xarakterli hərəkətlər edilib.

 Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki,  2008-ci il təvəllüdlü, IX sinif şagirdi öz həmcinsi, 2011-ci il təvəllüdlü şəxsə qarşı bu cür hərəkətlər edib.

Ətrafda olan şagirdlər hadisəni kamera vasitəsilə lentə alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, baş verən hadisə barədə Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Məsələ barədə Polis Şöbəsində cinayət işi başlanıb. Artıq müvafiq ekspertiza təyin olunub, məsələyə hüquqi qiymət veriləcək”.

Gununsesi.info