Azərbaycanda seçicilərin çoxu qadınlardır

“Azərbaycanda seçicilərin çoxu qadınlardır”.

Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 40 minə yaxın Komissiya üzvünün də əksəriyyəti qadınlardır:

“Biz səsvermə günü qadın seçicilərin aktivliyinə önəm veririk. Bu məsələdə qadınların rolu kişilərə nisbətdə daha yüksəkdir”.

 

 

Gununsesi.info