Azərbaycanda sevilən müğənninin əri həbs olundu

  • By admin
  • 23 İyun 2016 11:34

sevilen

 

Rusiyanın məşhur müğənnisi Jasminin həyat yoldaşı, biznesmen İlan Şor banklardan yeyinti faktına görə 72 saat müddətinə həbs olunub. Gununsesi.info-nun məlumatına görə, 38 yaşlı ifaçı ərinin həbs olunduğunu biləndə şoka düşdüyünü deyib.

“Biz hamımız şokdayıq! Mən hazırda qızım və yeni doğulmuş körpəm ilə Kişenyovda bacardığım qədər ərimi dəstəkləyirəm. Güman edirəm, 3 gündən sonra onu azad edərlər. Çünki onu həbs etmək üçün onların əlində heç bir dəlil yoxdur. Bizə hətta onu nə üçün həbs etdiklərini demirlər”.

İlan Mironoviç Şor dələduzluq və çirkli pulların yuyulmasında şübhəli bilinir. Prokurorlar rayon məhkəməsindən onun 30 gün müddətinə azadlıqdan məhrum olunmasını tələb edirlər.

Jasmin Dərbənddə anadan olub. Dağıstanın və Rusiyanın əməkdar artistidir. İfaçı 2 dəfə evli olub. İlk evliyiyi 2006-ci ildə milyoner Vyaçeslav Semenduyevlə olub. Həmin evlilik müğənninin karyerasında böyük rol oynayıb.

Lakin onlar 2006-ci ildə böyük qalmaqalla ayrılıblar. Əri ifaçını döydüyü üçün cütlük boşanıb. 2011-ci ildə isə müğənni moldovalı milyoner İlan Şorla ailə həyatı qurub. Müğəninin birinci evlilikdən 1 oğlu, ikincidən isə 1 qızı var. (ANSPRES)