

“Son illərdə Azərbaycanda qadınların siqaret çəkməsi halı artıb və bu artıq bir fazi civarındadır”.
Gununsesi.info xəbər verir ki, bunu milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, son illərdə kişilərin 67,5 faizi, qadınların isə 52,2 fazi tütün tüstüsündən əziyyət çəkir:
“Bu da əasən ictimai yerlərdə baş verir. Siqaret çəkilməsi faktı eyni zamanda insanların şəxsi büdcəsinə milyonlarla manat həcmində ziyan vurur”.
Komitə sədri onu da bildirib ki, siqaret çəkmək nəticədə narkotik madəllərin qəbuluna zəmin yaradır.
Komitə sədri bildirib ki, siqaret çəkməyən insanlar siqaret çəkən insanlardan daha çox əziyyət çəkir.
Mürtəza
Gununsesi.info