Azərbaycanda son sutkada 18 nəfər koronavirusdan ölüb – FOTO

  • By admin
  • 28 Noyabr 2021 16:56

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 585 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 724 nəfər müalicə olunaraq sağalıb, 7 807 nəfər vəfat edib, aktiv xəstə sayı 26 252 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 369, ötən müddət ərzində isə ümumilikdə 5 521 070  test aparılıb.