Azərbaycanda son sutkada 69 nəfər koronavirusa yoluxub, üç nəfər ölüb -FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu.Az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, hazırda 412 aktiv xəstə var. Bu günə qədər 9 935 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 780, bu günə qədər isə ümumilikdə 7 293 381 test icra olunub.