Azərbaycanda son sutkada COVID-19-a 653 yeni yoluxma qeydə alınıb – FOTO

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

HTML tutorial

Məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Ölkədə bu günədək ümumilikdə 809 988 nəfər koronavirusa yoluxub. Onlardan 796 632 nəfər müalicə olunaraq sağalıb, 9 795 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 561 nəfərdir.

Son gün ərzində 4 379, hazırkı dövrədək isə 7 131 537 test aparılıb.