Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı – FOTO

  • By admin
  • 15 Avqust 2021 19:17

Azərbaycanda son gündə COVID-19 əleyhinə 54 890 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

HTML tutorial

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 339 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 232, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 419 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 294 təşkil edir.

Gununsesi.info