Azərbaycanda soxulcan biznesi

Azərbaycanda soxulcan biznesi

Afrika meymunundan tutmuş İran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya qədər nə istəsək, internetdə  tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı yerli onlayn mağazalardan birindən gedir.

Gununsesi.info Virtualaz.org-a istinadən xəbər verir ki, saytın “heyvanlar” bölməsində yerləşdirilmiş elanlarda ən müxtəlif canlılar, o cümlədən ekzotik heyvanlar təklif olunur. Məsələn, saytda elan yerləşdirmiş şəxs 120-250 ədədi 5 manata Kaliforniya soxulcanı təklif edir. Elan sahibi inandırır ki, soxulcanlar torpağı münbitləşdirir və əlbətdə ki, balıq tutmaqda da işə yarayır.

Lakin saytda ən maraqlı və qeyri-adi elan “Tibet mastifi” cinsindən olan küçüklə bağlıdır. Belə ki, elanda bu it balasının 250 min dollara (!) satıldığı göstərilir. Axı bu nə küçükdür ki, qiyməti Bakının mərkəzində 3-4 otaqlı evin qiymətinə bərabərdir və hansı özəlliyi onu bu cür baha edir?

Elanı yerləşdirən şəxslə əlaqə saxlayandan sonra bəlli oldu ki,  O it nadir cinsdəndir, ona görə də belə bahadır. “Bu itin qara rəngli dişi cinsini 23 min dollara, erkəyini isə 15 min dollara Azərbaycana gətirmişəm. Amma indiki – ağ rəngli it nadir tapıldığına görə bu qədər bahadır. Elanını saytda yerləşdirəndən sonra Azərbaycandan bir nəfər zəng edib bağ evi ilə barter etmək istədiyini bildirdi. Amma itin tibetli sahibi üçün Azərbaycanda bağ evi almaq maraqlı olmadığına görə təklifdən imtina etdilər”

Gununsesi.info

COMMENTS