Azərbaycandakı iranlı tələbələr bəyanatla çıxış etdilər

  • By admin
  • 15 Avqust 2016 11:36
ilya-ruxa
Azərbaycan Respublikasında təhsil alan İranlı Tələbələrin Elmi, Mədəni və İdman Birliyi son zamanlarda Azərbaycan-İran münasibətlərinin yaxınlaşması və ölkə başçılarının qarşılqılı səfərini təqdir edən bəyantla çıxış ediblər.
Təşkilatdan Gununsesi.info-ya daxil olan bəyanatda deyilir ki, ötən həftə Bakı şəhərinin şahidi olduğu bu böyük siyasi hadisə region ölkələrinin münasibətləri tarixində dönüş nöqtəsinə çevrildi və regional münasibətlərdə pozitiv perspektivlərə doğru atılmış bir addım oldu. “İran prezidentinin Bakıya səfəri və burada iki, üçtərəfli görüşün keçirilməsi iki qonşu ölkənin münasibətlərinin iqtisadiyyatın müxtəlif sahələrində daha da qüvvətləndirilməsinə və inkişaf etdirilməsinəimkan yaratmaqla yanaşı, terrorizm təhlükəsi ilə mübarizədə,siyasi münasibətlərin daha da yaxşılaşdırılması və əlaqələrin genişləndirilməsi, habelə enerji mübadiləsində əməkdaşlığa münbit şərait yaradacaq.
Bu üçtərəfli görüşdə qonşu ölkələrin dövlət başçıları regionun və dünyanın ən mühüm siyasi məsələlərini də müzakirə etdilər. Şübhəsizdir ki, region ölkələrinin əmin-amanlığı, rifahı, qüdrəti və onların daha da inkişafı bu görüşün ən əsas hədəfidir və bu baxımdan qeyd olunan görüşböyük ümidlər doğurur. Təbiidir ki, regional əməkdaşlığa nail olmadan, müştərək mənafelər və strateji mövqelər naminə qüvvələri birləşdirmədən bu hədəflərə yetişmək mümkün deyil. İran İslam Respublikası regionun ən sabit bir ölkəsi kimi ağıllı şəkildə və vaxtında ölkənin ən ali icra strukturunun iştirakı ilə müvafiq istiqamətdə çox təsirli bir addım atdı. Bu cür bir neçə tərəfli əməkdaşlıqlar iqtisadi, ictimai və siyasi münasibətləri daha da möhkəmləndirir və region ölkələri, eləcə də dövlətlərinin milli qüdrətini artırmaqla yanaşı, müəyyən mənafelər güdən transregional qüvvələrin bu məntəqənin daxili işlərinə qarışmasının qarşısını alır. Azərbaycan Respublikası İranla coğrafi baxımdan qonşu olduğundan, həmçinin bu ölkə ilə qədim tarixi və mədəni əlaqələrəmalik olduğundan iqtisadi və mədəni mübadilələrdə yüksək hazırlığıilə seçilir. İran və Azərbaycan prezidentlərinin görüşü və onlar tərəfindən müştərək mövqenin irəli sürülməsi, habelə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirləri hər iki tərəfin belə bir strateji əməkdaşlığa xüsusi diqqətinin göstəricisidir. Şübhəsizdir ki, Orta Şərq regionunda yaranmış hərc-mərcliyi nəzərə aldıqda bu kimi münasibətlərinrolu daha böyük əhəmiyyət kəsb edir”- bəyanatda qeyd olunub.
 Sənəddə daha sonra deyilir: “Biz – Azərbaycan Respublikasında təhsil alan iranlı tələbələr iki qonşu ölkə arasındakı regional əməkdaşlığın daha da genişləndirilməsi, tərəflər arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və bu əlaqələrin səviyyəsinin daha da yüksəldilməsi arzusu ilə qeyd olunan hədəflər naminə öz elmi-mədəni imkanlarımızdan istifadə etməyə hazır olduğumuzu da bəyan edirik. 
Azərbaycan Respublikası dövlətinə də bu əməkdaşlığın səviyyəsinin daha da artırılmasına lazımi şəraiti yaratdığına görə öz təşəkkürümüzü bildiririk”.
Gununsesi.info