Azərbaycanda təhsil xərcləri 3,2 % artırılır

  • By ilhame
  • 01 Noyabr 2023 21:18

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.

Təhsil xərclərinin ÜDM-də çəkisi isə 3,8%, ümumi büdcə xərclərində çəkisi isə 12,4% təşkil edəcək.

Gununsesi.info